Müharibədən sağ qayıdan qazi “tükdönmə” əməliyyatından öldü - VİDEO

Gundeminfo.az xəbər verir ki, mərhumun yaxınları “Xəzər TV”yə hadisənin təfərrüatı barədə danışıblar.
Onların sözlərinə görə, əməliyyata hazırlaşan Sübhan Hüseynova verilən narkozdan sonra o, komatoz vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib:
“Cavanşir həkim onu əməliyyata götürdü. 4-5 saat xəbər ala bilmədik. Getdim yanına gördüm ki, komadadır. Həkim mənə demişdi ki, ən gec 24 saata oyanacaq. Gözlədik, ancaq oyanmadı”.
“Sübhan 44 günlük müharibədə erməninin gülləsindən ölmədi. Bu harada görülüb, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?! Bu, harada görülüb?!” – mərhumun digər yaxını belə deyib.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 26 yaşlı Sübhan Hüseynov aprelin 14-də pilonidal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə müraciət edib: “Xəstə müayinə olunub, onun əməliyyat və anesteziyası üçün əks göstəriş aşkarlanmayıb. Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olduqdan sonra tənəffüs göstəriciləri itib. Nəbz qeydə alınmayıb, bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb. Süni medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib. Mərkəzi damarlar üzərində nəbz bərpa olunub. Hemodinamik göstəricilər kardiomonitorda stabilləşib. Xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb. Xəstə aprelin 17-dək Ucar Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alıb. Və həmin tarixdə xəstənin valideynlərinin təkidi və tələbi ilə xəstə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb”.
Daha ətraflı:
53 dəfə oxundu