Limonun kilosu 11 manata satılır? — AÇIQLAMA
Bir neçə həftədir ki, Azərbaycanda limon kəskin bahalaşıb. İndi paytaxt Bakının bazar və marketlərində bir kiloqram limon ortalama 6-11 manat arasında təklif edilir. Bu da bir ədəd limonun qiymətinin 80 qəpik və 1 manat 50 qəpik arasında dəyişməsinə səbəb olub.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abasbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, son günlər Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə də limonun qiymətində müşahidə olunan artım ictimai narahatlıq doğurur:
“Bu bahalaşmanın əsas səbəbləri həm xarici, həm də daxili amillərlə bağlıdır. Əvvəla, Azərbaycanın limon tədarükündə əsas tərəfdaşlar olan Türkiyə və İran bu il əlverişsiz hava şəraitindən əziyyət çəkib.
Tədarük mövsümündə baş verən qeyri-sabit hava şəraiti, güclü küləklər, yağışlar və temperatur dəyişiklikləri məhsul yığımına ciddi mənfi təsir göstərib.
Nəticədə, hər iki ölkədə limon tədarükü azalıb və bu da Azərbaycanın bu ölkələrdən idxal etdiyi məhsul miqdarını kəskin şəkildə aşağı salıb.
Digər tərəfdən, ölkə daxilində də vəziyyət ürəkaçan deyil. 2024-cü ilin sonları və 2025-ci ilin əvvəllərində qeyri-normal isti və quraq hava şəraiti səbəbilə Azərbaycan sitrus təsərrüfatlarında da ciddi ziyanlar qeydə alınıb. Bu da daxili bazarda məhsul qıtlığına və qiymət artımına səbəb olub. Limon yay aylarında xüsusilə də restoran sektoru üçün böyük əhəmiyyət daşıyan məhsullardan biridir”.
45 dəfə oxundu