Bu hadisədə yaxınını itirənlərə 30 min manat veriləcək
“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Gundeminfo.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.
Zərərçəkən Vidadi Həsənov deyib ki, hadisə baş verən yerdə sexlərin birində çalışıb:
“Sexdə dülgər işləyirdim. Hadisə nəticəsində xəsarət almışam. Təqsirləndirilən şəxslərlə barışmışam. Onlara qarşı hər hansı bir şikayət və tələbim yoxdu. Mənə müalicə üçün kömək lazımdı. Mən Rusiyada müalicə olunmuşam. Cəmi iki min manat pul verilmişdi, bu da xaricdə müalixə üçün kifayət deyildi. Mən müalicəyə xərclədiyim pulu istəyirəm”.
Hakim Elmin Rüstəmov deyib ki, tələb olunan məbləğ reallığa uyğun olmalı, kiminsə pis vəziyyətindən istifadə edilməməlidir.
Məhkəmə prosesində məlum olub ki, artıq bir neçə nəfər zərərçəkənlə razılıq əldə olunub. Onlar təqsirləndirilənlərə qarşı hər hansı bir şikayət və tələblərinin olmadıqlarını deyiblər.
Tağı İbrahimovun vəkili deyib ki, prosesdən sonra yaxınını itirən hər kəsə 30 min manat pul veriləcək:
“Hadisə nəticəsində yaxınları həlak olan şəxslər məhkəmədən sonra müraciət edə bilərlər. Onların hər birinə 30 min manat təklif edirik”.
Hadisə nəticəsində yaxınlarını itirənlərin bir neçəsi sözügedən təklifi qəbul edib.
Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.
İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.
İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.
Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.
50 dəfə oxundu