Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər – FOTO

Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər –
Azərbaycanəsilli şəxslərə qarşı hücumda iştirak etdiyi deyilən Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşlarının fotoları yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın “Evocation” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, bunlar polis mütəşəkkil cinayətkar qrupunun rəhbəri polkovnik Viktor Poznyak (1984-cü il təvəllüdlü), onun müavini və istintaq idarəsinin rəisi polkovnik Nikolay Poçayevets (1981-ci il təvəllüdlü), Poznyakın digər müavini polkovnik-leytenant Rafael Xamidulin (1984-cü il təvəllüdlü) və Poznyakın kadrlarla iş üzrə müavini Aleksandr Smirnıxdır (1990-cı il təvəllüdlü).
Məlumatda deyilir ki, həmin polis zabitləri məhz ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyırlar.
Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...