İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?

İlham Əliyevlə Paşinyan Dubayda görüşəcək?
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşü planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Middle East Eye” məlumat yayıb.

Bildirilib ki, görüş zamanı ölkə liderləri sülh müqaviləsinin şərtlərini müzakirə edəcəklər.

Qeyd olunub ki, BƏƏ iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində danışıqlara ev sahibliyi etməyə hazırdır.

Xatırladaq ki, sonuncu dəfə iki lider may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində görüşüb və orada təmasları davam etdirmək barədə razılığa gəliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...