“Azərbaycandakı sabitlik Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir" -
“Avropa İttifaqı və Azərbaycan arasında ortaq çağırışlar var”.
APA-nın məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərim bildirib.
S. Kərim deyib ki, 2016-cı ilin noyabrında Azərbaycanla Avropa İttifaqı arasında danışıqlara başlamaq üçün mandat verilib və bu danışıqlar 2017-ci ilin fevralında başlayıb: “Azərbaycanın ticarətinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür. Avropa İttifaqı ölkələrinin neftə tələbatının 5 faizini Azərbaycan təmin edir. Cənubi Qafqaz Qaz Dəhlizi layihəsinə Avropa İttifaqı böyük önəm verir. Bizi həm də Azərbaycanın böyük nəqliyyat qovşağına çevrilməsi maraqlandırır. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu önəmlidir”.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri bildirib ki, Azərbaycandakı stabillik Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin fəaliyyəti dövründə fundamental demokratiya məsələlərini müzakirə edəcəyik. Bu gün prezidentlə görüşdük və çox gözəl müzakirələrimiz oldu. Biz təhlükəsizlik məsələlərinə də nəzər salmalıyıq. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir”.
924 dəfə oxundu