Türkiyədə prezidentliyə ilk namizəd elan olundu

Türkiyədə prezidentliyə ilk namizəd elan olundu

Səadət partiyası prezident seçkilərində irəli sürdüyü nümizədini açıqlayıb. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə 24 iyun tarixində keçiriləcək prezident seçkilərində Səadət partiyasını təmsil edəcək şəxsin adına aydınlıq gəlib.

Partiyanın sədri Temel Karamollaoğlu prezident olmağa namizəd olduğunu “ Tvitter” səhifəsində paylaşıb Namizədliyi açıqlandıqdan sonra Karamollaoğlu çıxış edərək bunları deyib:

“Biz sözümüzün arxasında sona qədər dayanarıq. Heç kimi incitmək, kiçik göstərmık niyyətində deyilik. Günahsızın, yetimin haqqını qoruyacayıq. Ətrafımızda yaltaqların olmasına imkan verməyəcəyik. Fərqli düşüncələrə önəm verəcəyik və xoşumuza gələni deyil, haqlı olanı yerinə yetirəcəyik”.

Qeyd edək ki, Səadət partiyası 4-9 may tarixləri arasında ən azı 100000 imza toplamalıdır. Ancaq Karamollaoğlu nəinki 100000, hətta 500000 imza toplayacaq gücdə olduqlarını iddia edib. /Modern.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...