CHP-də Abdullah Gül üsyanı : “Ərdoğanla Gül seçimi arasında qalsam, Ərdoğana səs verərəm”
Türkiyədə keçriləcək prezident seçkilərində müxalifətin ortaq namizədinin keçmiş prezident Abdullah Gül olacağı haqdda iddialar ana müxalifət partiyası olan CHP-də nrazılıqlara səbəb olub.
Avropa.info xəbər verir ki, ilk açıqlama CHP-də partiya sədri Kamal Klıcdaroğluna müxalif olan millət vəkili Məhərrəm İncədən gəlib.
Məhərrəm İncə, Abdullah Gülün CHP-nin namizədi olması iddialarına sərt təpki göstərib.
“Ərdoğandan qurtulmaq istəyirik. Lakin, prezident olduğu dövrdə təyin etdiyi məmur və rektorlar FETÖ-çü çıxan, vəzifədə olduğu dövrdə heç bir qanuna veto qoya bilməmiş bir adam bizim namizədimiz ola bilməz, olmamalıdır. Mən Ərdoğanla Gül seçimi qarşısında qalsam, Ərdoğana səs verərəm”.
Digər tərəfdən, CHP üzvləri də tvitterdə #AbdullahGülCHPyeİHANETTİR haştaqı açıblar. Qısa müddətdə açılan haştaq sosial medianın gündəminə çevrilib.
Qeyd edək ki, CHP sədrə Kamal Klıcdaroğlunun Səadət Partiyası ilə birgə Ərdoğana qarşı keçmiş AKP-çi Abdullah Gülün namizədliyini irəli sürməyi planlaşdırdığı bildirilir.
857 dəfə oxundu