“Türkiyəyə S-400 komplekslərinin göndərilməsinə dair ABŞ-ın mövqeyi şantajdır”

“Türkiyəyə S-400 komplekslərinin göndərilməsinə dair ABŞ-ın mövqeyi şantajdır”

"Türkiyəyə S-400 zenit-raket kompleksləri göndərməyimizlə bağlı ABŞ-ın mövqeyini şantaj hesab edirik".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov avtsriyalı həmkarı Karin Knayslla Moskvada keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO baş katibi bu günlərdə S-400-lərin alınması ilə bağlı qərarı Türkiyənin milli qərarı adlandırıb: "ABŞ da NATO üzvü kimi Şimali Atlantika alyansının baş katibinin ifadə etdiyi kollektiv fikirə qulaq asmalıdır".

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Uess Mitçell Ankaranın Rusiyadan S-400 zenit raket komplekslərini alandan sonra sanksiya altına düşə biləcəyini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...