Azərbaycan Şimali Koreyaya səfir təyin edib

Azərbaycan Şimali Koreyaya səfir təyin edib

Azərbaycan Respublikasının Koreya Xalq Demokratik Respublikasında səfiri təyin edilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı iqamətgahı Pekin şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...