Komitə sədri Azərbaycan hakimiyyətini ATƏT-lə əməkdaşlığı dayandırmağa çağırdı

Komitə sədri Azərbaycan hakimiyyətini ATƏT-lə əməkdaşlığı dayandırmağa çağırdı

"Hər dəfə tutduğu qərzəli mövqeyinə görə Azərbaycan ATƏT-lə əməkdaşlığı dayandırmalıdır".

Bunu "Ölkə.Az"a açıqlamasında Yeni Azərbaycan Pariyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib. Rəhimzadə deyib ki, ATƏT-in Azərbaycana qarşı bu cür qərəzli mövqe sərgilməsi birinci dəfə deyil:

"Gərək biz bundan sonra ATƏT-i Azərbaycanda keçirilən seçkilərə buraxmayaq. Biz əvvəlcədən də bilirdik ki, ATƏT nümayəndələri bura gələndə mütləq nə isə uydurub tapacaqlar, sonra onu öz hesabatlarına yazacaqlar. Yəni, biz bunu əvvəlcədən gözləyirdik. Bütün bunlara görə də mən ATƏT ilə əməkdaşlığın dayandırılmasının tərəfdarıyam. Çünki ATƏT-in nümayəndələri Azərbaycanda seçkiləri müşahidə etməyə gələndə əvvəlcədən hazırlanmış qərəzli hesabatı özləri ilə gətirirlər. Onları seçkilərin demokratik və şəffaf keçirilməsi, yaradılan seçki mühiti və digər bu kimi məsələlər maraqlandırmır. Axı ATƏT-in Azərbaycanda keçirilən seçkilərə iradı nədir? Heç bir irad tapmayanda, "lazımi şərait olmayıb" kimi şablon fikirlər səsləndirirlər. Məgər biz haradansa namizəd tapıb hazırlamalıyıq? Azərbaycan xalqı birmənalı şəkildə İlham Əliyevi dəstəkləyir. Odur ki, Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı heç bir narazılıq mövcud deyil".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...