Türkiyə Azərbaycana görə cəzalandırılıb?
Türkiyə ilə Avropa Birliyi arasında diplomatik gərginlik səngimir.
GUNDEMINFO.AZ xəbər verir ki, bu sözlər Haqqin.az saytının “Türkiyəni Azərbaycana görəmi cəzalandırdılar?” məqaləsində yer alıb. Avropa Komissiyasının 100 səhifəlik hesabatına müraciət edən sayt Qərbin Türkiyəni seçki sisteminin inkişafının Avropa Birliyi standartlarına uyğun olmamaqda günahlandırdığını yazıb:
“Sənəddə həmçinin Türkiyə parlamentinin deputatlarının toxunulmazlığının götürülməsi, Xalqların Demokratik Partiyasının bir neçə üzvünün həbsinin narahatlıq yaratdığı bildirilir. Hesabatda insan haqlarının pozulmasından da bəhs edilir. Lakin Avropa Komissiyasının hesabatının ən maraqlı məqamı Azərbaycanla bağlıdır. Belə ki, hesabatda Türkiyə bu ilin aprelində Dağlıq Qarabağdakı hərbi toqquşmalar zamanı tam şəkildə Azərbaycanı dəstəkləməkdə ittiham edilir. Cənubi Qafqaza həsr edilən bölmədə Türkiyə, Gürcüstan və Azərbaycanın üçtərəfli hərbi əməkdaşlıq haqqında razılaşma imzaladıqları bildirilib. Ankaranın həmçinin 2009-cu ildə Ermənistanla münasibətlərin normallaşdırılması barədə protokolları ratifikasiya etmədiyi deyilib. Bununla da Türkiyənin Azərbaycan qarşısındakı müttəfiqlik öhdəliyinin yerinə yetirməsi Brüsseldə böyük narahatlıq yaradıb”.
818 dəfə oxundu