Diaspor Komitəsi XİN-ə verilsin! - Deputatdan təklif

Diaspor Komitəsi XİN-ə verilsin! -

Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı məsələ yenidən gündəmdədir. Komitənin ləğv edilərək, Gürcüstanda olduğu kimi Xarici İşlər Nazirliyinin tabeliynə verilməsi təklif olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə AzVision.az-a bildirib ki, bu tendensiya Azərbaycan üçün olduqca vacibdir.

Deputat Diasporla İş üzrə Dövlət Komitəsinin ləğv edilərək Xarici işlər Nazirliyinin tabeliyinə verilməsinin tərəfdarı olduğunu deyib: “Xarici ölkələrdə diaspor fəallları bəzən diasporanın müəyyən işlərini, tədbirləri səfirliklərlə əlaqələndirmədən, xəbər vermədən keçirilməsinə maraqlı olurlar. Səfirlik müəyyən tədbirlər keçirəndə onlarla əlaqə yaratmaq üçün çətinlik çəkirlər. Bir qurumun tərkibində olmayanda böyük problemlər yaranır. Məsələn, keçən parlament iclasında çıxış etdim ki, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi nə qədər ki, Dövlət Yol Polisinin tabeçiliyində olmayacaq, işıqforların tənzimlənməsindən tutmuş digər məsələlərin həllinə qədər polis əziyyət çəkəcək. Düzdür, sonradan bu qurum Nəqliyyat Nazirliyinin tabeliyindən alındı və Nazirlər Kabinetinin tərkibində başqa qurum yaradıldı. Yenə hesab edirəm ki, bu qurum Daxili İşlər Nazirliyinin tabeçiliyində olmalıdır”.

Deputat vurğulayıb ki, Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü işlərin kifayət qədər uğurlu nəticələrinin şahidi olmuruq: “Bəzən onların görməli olduğu işlərin böyük əksəriyyətini Heydər Əliyev Fondunun prezidentinin müavini Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan qurumlar görür. Onlar daha böyük uğurlu nəticələr əldə edirlər. Səfirliklər tərəfindən görülən bəzi işləri diaspor nümayəndələri öz adlarına çıxırlar. Ona görə də burada koordinasiya olunmalıdır.

Birincisi, diasporla bağlı ayrıca, müstəqil qurumun fəaliyyətinə ehtiyac yoxdur. Hesab edirəm ki, bu qurum ləğv edilərək Xarici İşlər Nazirliyinin tərkibində daxil edilsə, qarşıya qoyulan məqsədlər üçün daha uğurlu, çevik və operativ nəticələrin əldə olunmasına nail olacağıq. Mən bunun tərəfdarıyam”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...