ABŞ-da son rəy sorğuları: Hillari Klinton Donald Trampı üstələyir

ABŞ-da son rəy sorğuları:


ABŞ-da nüfuzlu Kütləvi İnformasiya Vasitələri və sosioloji sorğu mərkəzlərinin keçirdiyi son rəy sorğularının əsasən, Demokratlar Partiyasından prezidentliyə namizəd, keçmiş dövlət katibi Hillari Klinton rəqibi - Respublikaçılar Partiyasının namizədi Donald Trampı 3-5 fazi qabaqlayır.

“Report” xarici KİV-ə istinadən həmin sorğuların nəticələrini təqdim edir: “NBC/Wall St. Journal” H.Klinton 44 faiz, D.Tramp 40 faiz, “Morning Consult” - H.Klinton 45 faiz, D.Tramp 42 faiz, “FiveThirtyEight” - H.Klinton 48 faiz, D.Tramp 46 faiz, “Fox News”- H.Klinton 45 faiz, D.Tramp 43 faiz, “USA Today”- H.Klinton 45 faiz, D.Tramp 43 faiz, “Rasmussen” - H.Klinton 44, D.Tramp 44 faiz, “McClatchy/Marist” - H.Klinton 46 faiz, D.Tramp 44 faiz, “Ipsos/Reuters” - H.Klinton 44 faiz, D.Tramp 40 faiz, “Lucid/The Times-Picayune” - H.Klinton 44 faiz, D.Tramp 39 faiz, “YouGov/Economist” - H.Klinton 46 faiz, D.Tramp 43 faiz, “New York Times/CBS News” - H.Klinton 47 faiz, D.Tramp 44 faiz, “Pew” - H.Klinton 46, D.Tramp 40 faiz, “CNN” - H.Klinton 49, D.Trump 44 faiz.

Məlumata görə, ABŞ və İngiltərədə yerləşən bir çox mərc saytlarında iştirakçıların 80 faizi H.Klintonun qələbə qazanacağı variantını seçiblər. Xatırladaq ki, bu gün ABŞ-ın 45-ci prezidenti seçilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...