Azərbaycanda hərbi vəziyyət 48 saata elan ediləcək
Milli Məclis bundan sonra Azərbaycanda hərbi vəziyyəti 72 saata yox, 48 saata elan edəcək. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. Deputat bu saatlarda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılacaq “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsindən danışaraq bildirib ki, hərbi vəziyyətin parlament tərəfindən elan olunması vaxtı 3 sutkadan 2 sutkaya endirilir.
Zahid Oruc yeni formada hazırlanan qanun layihəsində əks olunan müddəaları da açıqlayıb: “Yeni qanun layihəsinə əsasən, hərbi vəziyyətin elan olunması zərurətini hiss etdikdə mütləq bununla bağlı parlamentə müvafiq qanunverilicik təşəbbüsü ilə müraciət edilir. Hərbi vəziyyətin elan olunması ilə bağlı yeni qanun layihəsinə görə, dövlətin bütün resursları, Silahlı Qüvvələr, iqtisadi qurumlar və digər strateji dövlət orqanlarının hamısı düşmənlə mübarizəyə səfərbər olunacaq. Yeni qanunla hərbi vəziyyətin əsas tələbləri budur.
Sənədd əksini tapan 2-ci əsas məsələ isə dövlət sirləri ilə bağlıdır. Artıq bundan sonra cəbhə xəttində baş verən hərbi əməliyyatlar zamanı, xüsusi hərbi vəziyyət şəraitində tankın, topun, disklokasiya ərazilərinin şəklinin çəkilməsinə qanunvericilik çərçivəsində müəyyən məhdudiyyətlər qoyulacaq.
Yəni 2014-cü ilin yay aylarında olduğu kimi, təmas xəttindən, cəbhə bögləsindən kim necə gəldi məlumat, şəkil və video çəkib paylaşa bilməyəcək. Belə dövlət sirlərini yaymağa görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu müddəalar yeni qanun layihəsinə daxil edilib. Artıq yeni qanunla dövlət sirləri, hərbi vəziyyət elan olunan gündən media və mətbuatın işi də müəyyən edilir”.
804 dəfə oxundu