`Poroşenko Ukraynanı talan edir` - Saakaşvili - VİDEO

`Poroşenko Ukraynanı talan edir` -


İstefaya getmək niyyətində olduğunu bəyan edən Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonu bölgədə cinayətkar dəstələri himayə etməkdə ittiham edib. AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, Saakaşvili ölkədə koorpsiyaya qarşı mübarizənin aparılmadığını bildirib:

“Poroşenko və ya Yanukoviç (Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç - red) ? Nə fərqi var, onları (xalqı-red) kim talan edəcək. Prezident Poroşenko demişdi ki, Yatsenyuk (eks-baş nazir Arseni Yatsenyuk - red) ona mane olurdu. Biz “Təmizlənmə uğrunda” hərəkatı yaradıb, onu Yatsenyukdan xilas etdik. Prezident Odessa vilayətində iki klanı şəxsən dəstəkləyir: Bu, 90 cı illərin kriminal qatillərindən formalaşan Truxanovlar (Odessa meri Gennadi Truxanov- red) və korrupsiya klanıdır” deyə Saakaşvili bildirib.

Saakaşvili Porşenkonu yalan danışmaqda suçlayaraq, onun verdiyi sözə əməl etmədiyini deyib. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar Maydan hərəkatı ideyalarından sui-istifadə ediblər.

Qeyd edək ki, Saakaşvili Porpşenkonun təşəbbüsü ilə 2015-ci il mayın 30-da Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin olunub.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...