Amerikanın yeni prezidentinin kimliyinin Azərbaycan üçün fərqi

Amerikanın yeni prezidentinin kimliyinin Azərbaycan üçün fərqi


Amerika Birləşmiş Ştatlarında (ABŞ) seçki marafonu bitmək üzrədir. Əsas namizədlər - respublikaçı milyarder Donald Tramp və demokrat, sabiq prezident xanımı Hillari Klintonun prezident postu uğrundaki mübarizəsi finişə yaxınlaşır. Artıq bir həftədən sonra, noyabrın 8-də keçiriləcək seçkilərin nəticələri əsasında ABŞ-ın 46-cı prezidentinin adına aydınlıq gələcək.

"Seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-ın hər bir prezidenti Amerika ilə Azərbaycanın tərəfdaşlığını gücləndirməyə çalışmalıdır. Bu, ABŞ-ın özünün milli maraqları ilə bağlıdır". Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib:

"Çünki Azərbaycan regionda ən önəmli ölkələrdən biridir. Azərbaycan antiterror koalisiyasının fəal üzvüdür və ABŞ-ın milli təhlükəsizliyi üçün çox önəmli ölkədir. Ona görə də ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, əminəm ki, Azərbaycan-Amerika münasibətləri inkişaf istiqamətində davam edəcək və hazırda olduğu səviyyədən də çox əməkdaşlıq olacaq".

Millət vəkili hətta qeyri-standartlığı ilə fərqlənən Donald Trampın da seçiləcəyi təqdirdə bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini düşünmür: "Çünki hazırda ABŞ-ın hazırkı dövlət katibi vaxtilə Azərbaycana qarşı qəbul edilmiş məşhur "907-ci düzəliş"in müəlliflərindən biridir. Buna baxmayaraq, ölkələrimiz arasında münasibətlər davam etdirilir. Təbii ki, biz bəzi mənfi çalarların şahidi olduq, lakin ABŞ-da da bunu anlayaraq ös siyasətlərində müəyyən dəyişiklik edə biliblər. Əminəm ki, indi kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla əməkdaşlığın zəruriliyini anlayaraq bu əməkdaşlığı davam və inkişaf etdirəcəklər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...