Rusiya Kuril adaları söhbətinə nöqtə qoydu

Rusiya Kuril adaları söhbətinə nöqtə qoydu


Rusiya heç vaxt Kuril adalarından əl çəkməyəcək.

Axar.az xəbər verir ki, bunu Yaponiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib. Onun sözlərinə görə, bu məsələdə Rusiya hakimiyyətinin mövqeyini rus xalqı da dəstəkləyir:

“Bu adalar bizim tərkibimizə İkinci Dünya müharibəsi zamanı keçib və beynəlxalq sənədlər Rusiya ərazisi kimi tanınıb. Kurilin Rusiyanın tərkibindən ayrılacağı ilə bağlı heç bir danışıqdan söhbət gedə bilməz”.

Qeyd edək ki, Kuril adaları artıq uzun müddətdir Rusiya və Yaponiya arasında əsas mübahisə mövzusudur. Rəsmi Tokio Moskvadan öz ərazilərinin geri qaytarılmasını tələb edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...