“Bir tək Gülər Əhmədovanınmı başına gəldi bu?” – Qalmaqal böyüyür
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov ləğv edilmiş “ Bank Standard”da sabiq deputat Gülər Əhmədovanın qarşıladşığı problemlə bağlı açıqlama verib
A.Cavadov Modern.az-a deyib ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 27- ci maddəsinə əsasən əmanətlər sığorta hadisəsi baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. O qeyd edib ki, deyilənlər absurddur: “Qanun var, belə şey ola bilməz. Biz hər hər gün nə qədər əmanətçinin əmanətini qaytarırıq. Belə problem də heç kimin başına gəlməyib. Bir tək Gülər Əhmədovanınmı başına gəldi bu?
Nəzərinizə çatdırım ki, “Bank Standard” da sığorta hadisəsi oktyabrın 4-də baş verib. Həmin gün məzənnə 1.6138 olub. Necə ola bilər ki, 0,78 məzənnəsi ilə qaytarılsın.
Gülər Əhmədova özü deputat olduğu dövrdə, həmçinin Vahid Əhmədov da bu qanuna səs veriblər”.
A.Cavadov qanunu pozmağa heç kimin hüququ olmadığını vurğulayıb:
“Qanunu açıb oxumaq lazımdır, onun maddəsini kim poza bilər ki? Mən bu problem mətbutada işıqlandırılandan sonra Vahid Əhmədovun özü ilə də danışdım. Ola bilər ki, jurnalistlər yanlış başa düşüb. Millət vəkili özü səs verdiyi qanunla bağlı belə bir şey deyə bilməz”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında deputat Vahid Əhmədov keçmiş həmkarı Gülər Əhmədovanın problemlər qarşılaşdığını qeyd edib. O bildirib ki, G.Əhmədovaya ləğv edilmiş “Bank Standard”a qoyduğu 27 min ABŞ dolları məbləğindəki depoziti 0,78 məzənnəsi ilə qaytarmaq istəyirlər. Nəticədə ona 27 min ABŞ dolları yox, 16-17 min dollar təklif edilir.
778 dəfə oxundu