“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”

“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”


“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”. APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb. Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb. “Mən bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq”, - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...