Gürcüstanda seçki böhranı dərinləşir - Burcanadze də nəticələri tanımadı

Gürcüstanda seçki böhranı dərinləşir -


Gürcüstanın eks-spikeri Nino Burcanadzenin Demokratik Hərəkat bloku parlament seçkisinin nəticələrini tanımaqdan imtina edib. Axar.az xəbər verir ki, Burcanadze media açıqlamasında partiyasının onlara söylənilən rəqəmdən daha çox səs topladığını və səslərin yenidən hesablanmasını tələb edib.

Qeyd edək ki, rusiyayönlü Burcanadzenin bloku seçkidə 3,53% səs toplayıb və parlamentə düşmək üçün nəzərdə tutulan 5%-lik baryeri keçə bilməyib. Ana müxalifət Vahid Milli Hərəkat Partiyası da son seçkini tənqid edib. Partiya seçkidə total saxtakarlığın olduğunu bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...