Azərbaycan XİN rusiyalı musiqiçilərin adını “qara siyahı”dan çıxardı

Azərbaycan XİN rusiyalı musiqiçilərin adını “qara siyahı”dan çıxardı


Azərbaycan XİN rusiyalı musiqiçilərin adını “qara siyahı”dan çıxardı


Məşhur rusiyalı musiqiçilər Timur Temirov və Soso Pavliaşvili Azərbaycan Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək Azərbaycan ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilmişdi.

Azərbaycana məktub göndərən musiqiçilər Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər. Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...