Ərdoğanın kürəkəni azərbaycanlı nazirə məktub yazdı

Ərdoğanın kürəkəni azərbaycanlı nazirə məktub yazdı


Türkiyənin Energetika və təbii sərvətlər naziri Berat Albayrakın dəvəti ilə Azərbaycanın Energetika naziri Natiq Əliyev oktyabrın 9-dan 13-dək İstanbulda keçiriləcək XXIII beynəlxalq enerji konqresində iştirak edəcək.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Energetika və təbii sərvətlər naziri Berat Albayrak tərəfindən ünvanlanan məktubda deyilir ki, geostrateji baxımdan fərqli ölkələri birləşdirən Türkiyənin əsas hədəflərindən biri enerji mərkəzinə çevrilməkdir.

“İstanbul qlobal enerji məsələlərinin müzakirəsi və dünya miqyaslı enerji liderlərinə ev sahibliyi etməsi üçün də uyğun bir məkandır. Konqresə qatılaraq fikirlərinizi türk və beynəlxalq ictimaiyyətlə bölüşməyiniz bizi şərəfləndirəcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binali Yıldırım, bu ölkənin Enerji və təbii sərvətlər naziri Berat Albayrakın ev sahibliyi və 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək.

Konqres çərçivəsində Natiq Əliyevin Balkan ölkələrinin energetika nazirləri ilə də görüşü nəzərdə tutulub. Türkiyə, İtaliya, Yunanıstan, Albaniyanın energetika nazirləri ilə planlaşdırılan görüşdə “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti və layihənin vaxtında yekunlaşdırılmasını zəruri edən məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.

1924-cü ildən bəri 3 ildən bir təşkil olunan beynəlxalq enerji konqresi bu dəfə Türkiyədə “Yeni sərhədlərə çıxış” mövzusunda keçiriləcək.

Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...