Oqtay Əsədov Avropa Parlamentindən narazılıq etdi

Oqtay Əsədov Avropa Parlamentindən narazılıq etdi

Milli Məclisin iclasında spiker Oqtay Əsədov Azərbaycanın Avropa Parlamenti ilə münasibətindən söz açıb.

MM sədri Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdiyini diqqətə çatdırıb: “Ötən il Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan onlarla əməkdaşlığı dayandırdı. Münasibətlərin bərpa olunması üçün çox cəhdlər olub. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən onlara iradlarını bildirdi. Əməkdaşlıq bərpa olunacağı təqdirdə belə neqativ halların baş verməsi arzuolunan deyil”.

Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.(azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...