ABŞ referendumun nəticələrini tanıdı

ABŞ referendumun nəticələrini tanıdı


ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət rəhbərinin səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin rəsmisi Mark Toner deyib.

“Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəisə diktə edə bilmərik. İstisna odur ki, pozuntular varsa araşdırılmalı, qüsurlar varsa tədqiq edilməli və aradan qaldırılmalıdır. Biz səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, - deyə Toner brifinqdə Azərbaycanda keçirilən referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.

“ABŞ demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da Azərbaycanla işləmək niyyətindədir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...