Baxçalı "Altılı masa"nın qərarına belə reaksiya verdi
Xəbər verdiyimiz kimi, Türkiyədə “Altılı masa” adı ilə tanınan 6 partiyadan ibarət “Millət” itifaqı ötən gün – martın altısında prezident seçkilərində vahid namizəd kimi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunda qərarlaşıb. İYİ Partiyanın sədri Meral Akşener daha əvvəl bu qərara qarşıçıxıb “masa”dan ayrılsa da, daha sonra müəyyən şərtlərlə ittifaqa geri qayıdıb.
Yeniavaz.com xəbər verir ki, iqtidar şəriyi Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı həm Meral Akşenerin digər siyasi partiyalarla uzlaşmasına, həm də “Millət” ittifaqının namizədini elan etməsinə sərt reaksiya verib.
“Bir ildir oturduğu əyri ayaqlı masanı “qumar masası, şəxsi ambisiya masası, notarius masası, quyruqlu yalanlar masası” deyib, əvvəlcə aşıran, daha sonra çətinliyə düşüb yenidən həmin Masaya oturanlar prinsipsizlik və həyasızlıq nümunələridir. İYİ Partiya rəhbəri utanmadan, qızarmadan insanların üzünə necə baxacaq? Türkiyə siyasəti bu tip prinsipsizlik görməyib. Keçmişdə demişəm, yenə deyirəm, bir dəfə satan, yenə satar, yenə satacaqdır”, - deyə D. Baxçalı “Altılı masa”ya dönən Meral Akşeneri tənqid edib.
O aparıcı müxalifət partiyalarının namizəd kimi Kamal Kılıçdaroğlunu göstərməsinə isə belə reaksiya verib:
“Biz siyasəti fitnə tələsinə, çadır teatrına və qütbləşmə meydanına çevirən yel dəyirmanlarına, “U” dönüşləri ilə tanınan satqınlara hörmət etməyəcəyik. Biz onların xoşagəlməz tələlərinə düşməyəcəyik”.
481 dəfə oxundu