ABŞ Dövlət Departamentindən Bəxtiyar Hacıyevin həbsinin uzadılmasına - REAKSİYA

ABŞ Dövlət Departamentindən Bəxtiyar Hacıyevin həbsinin uzadılmasına -
Ötən gün – fevralın 27-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, jurnalistlərdən biri Azərbaycanda ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətinin daha iki ay artırıldığını bildirib və bununla bağlı ABŞ Dövlət Departamentinin şərhinin olub-olmadığını soruşub.
N. Prays bildirib ki, bu, Dövlət Departamentinin azərbaycanlı tərəfdaşları ilə birbaşa əlaqə saxladığı bir hadisədir:
“Biz bütün dünyada ümumbəşəri hüquqlar haqqında danışırıq, əvvəlki brifinqdə həmkarlarınızdan birinin sualına qayıdırıq – ifadə azadlığı hüququ universal hüquqdur. Bu, yalnız müəyyən ölkələrdə və müəyyən ölkələr blokunda olan insanlara şamil edilmir. Bunlar hüquqlardır və bu, bütün dünyada insanlara şamil olunan bir prinsipdir. İstər sistematik, istərsə də konkret hallarda ümumbəşəri hüququn təhlükə altına düşdüyünü gördüyümüz zaman bu narahatlığı bildirməkdən çəkinmirik. Biz bu narahatlıqları bu brifinq zalında müzakirə etdiyimiz kimi açıq şəkildə dilə gətirmişik, lakin azərbaycanlı tərəfdaşlarımızla fərdi şəkildə də qaldırmışıq”.
Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib.
İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir.
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini 1 ay, fevralın 23-də isə daha iki ay uzadıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...