Saakaşvili Zurabişvilini dəstəklədiyini bildirib və “köhnə inciklikləri unutmağa” çağırıb

Saakaşvili Zurabişvilini dəstəklədiyini bildirib və “köhnə inciklikləri unutmağa” çağırıb
Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili hazırkı prezident Salome Zurabişviliyə müraciət edərək onun son bəyanatlarını dəstəklədiyini bildirib.

“Mən prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin prezidentlə fasiləsiz məsləhətləşmələr aparmalıdır”, - Saakaşvilinin “Facebook” səhifəsində dərc olunan bəyanatda deyilir.

Saakaşvili gürcü siyasətçilərinə müraciət edərək bildirib ki, indi narazılıqları xatırlamaq vaxtı deyil.

Eyni zamanda o, Zurabişvilini statusundan istifadə etməyə və Moskvanın Gürcüstanda hakimiyyəti tamamilə ələ keçirməyə hazırlaşdığı barədə “bütün dünyanı xəbərdar etməyə” çağırıb.

Mənbə: newsgeorgia.ge



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...