Göygöldə gəzintiyə çıxan gənci ilan vurdu

Göygöldə gəzintiyə çıxan gənci ilan vurdu


Gecə saatlarında həyətdə gəzişən gənci ilan topuğundan dişləyib. Göygöl rayonunda 27 yaşlı gənci ilan sancıb. Hadisə rayonun Çaylı kəndində baş verib. ANS PRESS-in məlumatına görə Çaylı kənd sakini 1988-ci il təvəllüdlü Pərviz Tacir oğlu Rəhimov dünən gecə 23 radələrində yaşadığı evin həyətində gəzərkən qəfildən onu ilan sancıb. Ailə üzvlərinin köməyi ilə xəsarət alan gənci dərhal Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar.

Xəstəxandan ANS PRESS-ə verilən məlumata görə, xəstə taksikologiya şöbəsinə qəbul edilib. Gətirilərkən onun vəziyyəti ağır olub. Xəstəyə lazımı tibbi yardım göstərilib və hazırda vəziyyəti normaldır. Xatırladaq ki, son günlərdə müşahidə edilən anomal istilərlə bağlı ilansancmalar da çoxalıb. Bir müddət əvvəl Qax rayonunda da ilansancma qeydə alınmışdı. Güllük kənd sakini gecə həyətdə gəzişərkən onu ilan sancmışdı. Bundan əlavə Şəkidə də gecə saatlarında ilansancma hadisəsi qeydə alınmışdı. Şəki şəhər sakini 1971-ci il təvəllüdlü Abdulla Zahid oğlu Umarovu gecə saatlarında şəxsi mağazasında iş görərkən ilan sancmış nəticədə xəstəxanaya yerləşdirilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...