Yol Polisi Bakıdakı problemli yolları nəzarətə götürüb

Yol Polisi Bakıdakı problemli yolları nəzarətə götürüb


Hava şəraiti ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, yol polisləri Bakı şəhər İcra Hakimiyyətinin Qış Qarajı ilə birlikdə yollarda fasiləsiz xidmətə başlayıb:

"Artıq problemli ərazilər nəzarətə götürülüb, şəhərin yüksək hissələrində yolların kənarlarına qum və buz topaları ehtiyat üçün tökülüb, texnikalar hazırlıqlı vəziyyətə gətirilib. Hazırda yollarda vəziyyət normaldır, amma paytaxtın yüksək ərazilərində sürüşmə ehtimalları var. Sürücülərdən xahiş edirik ki, bu günlərdə şəxsi avtomobillərdən az istifadə etsinlər, əsasən ictimai nəqliyyata üstünlük verilsin".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...