BFB 5 investisiya şirkətini üzvlükdən çıxarıb

BFB 5 investisiya şirkətini üzvlükdən çıxarıb


Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış "Brokdil-AZ" MMC, "Çelsi Kapital" MMC, "Bob Broker" MMC, "Standard Kapital" MMC və "Dəmir investisiya şirkəti" QSC "Qiymətli kağızlar bazarı haqqında" qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib. Bu barədə "APA-Economics"ə BFB-dən məlumat verilib.

Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək.

Qeyd edək ki, "Brodkil-AZ”, "Bob Broker" MMC, "Standard Kapital" MMC və "Dəmir investisiya şirkəti" QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.

Hazırda BFB-nin “Kapital Menecment İ.Ş. ASC”, “İnvest-AZ İ.Ş. QSC”, “Az-Finans İ.Ş. QSC”, “Unicapital İ.Ş. ASC”, “Paşa Kapital İ.Ş. QSC” və “PSG-Kapital İ.Ş. QSC” daxil olmaqla 6 üzvü var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...