Naxçıvanda iki gəncin adı “Qızıl kitab”a salınacaq

Naxçıvanda iki gəncin adı “Qızıl kitab”a salınacaq

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncam imzalayıb.

GUNDEMİNFO.AZ naxcivantv.az-a istinadən bildirir ki, sərəncama əsasən xüsusi istedada malik olan Naxçıvan Musiqi Kollecinin tələbəsi Sərxan Əliyev (balaban üzrə) və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Pərviz Qasımovun (şahmat üzrə) adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılacaq.

Onlar həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
995 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...