Zığda sürüşmə aktivləşib, Kürdəxanıda qrunt sularının səviyyəsi qalxıb

Zığda sürüşmə aktivləşib, Kürdəxanıda qrunt sularının səviyyəsi qalxıb

“Zığda lokal sahələrdə sürüşmə prosesi aktivləşib. Tikililərin divarlarında, torpaq qatındakı çatlarda genişlənmələr müşahidə olunur”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Bakının Kürdəxanı qəsəbəsi “Yeni massiv” adlı yaşayış sahəsində subasma hadisəsi baş verib, ərazidə qrunt sularının səviyyəsi qalxıb.

R. Həsənov qeyd edib ki, həmin ərazinin su ilə basılması ilk dəfədir baş verib: “Ərazidə proses bir neçə ay bundan qabaq başlayıb. Hazırda ərazinin su ilə basılması müşahidə olunur. Kürdəxanıda həm üst, həm də qrunt sularının səviyyəsi qalxıb. Buna səbəb ərazidə kanalizasiya xəttinin, drenaj şəbəkəsinin olmamasıdır. Həm də orada əhalinin və evlərin sayı artıb. Buna görə şambolar tikilib. Bütün təsərrüfat, məişət suları şambolara, yerin təkinə vurulur. Nəticədə isə qrunt sularının səviyyəsi qalxır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...