Həkim: "Soyuq hava sinir xəstəliklərini daha da ağırlaşdırır"

Həkim: "Soyuq hava sinir xəstəliklərini daha da ağırlaşdırır"


"Sinirlərimiz soyuğu sevmir. Ona görə də sinirlərə soyuq olduqda beldə, qollarda, ayaqda, başda ağrılar başlayır".
Bunu "Report"a açıqlamasında fizioterapevt Zaur Əliyev deyib.


Həkim bildirib ki, bəzən insan ürəyinin ağrıdığını düşünür, əslində isə həmin ağrılar sinirlərin sıxılması nəticəsində yaranır: "Sinirin qapanmasının da əsas səbəbləri fəqərələrin burulması, onurğanın əyriliyidir. Bu problemlər də əsasən yıxılmaqdan, ağır əşya götürməkdən, yatağın yumuşaq olmasından qaynaqlanır. Sinir keçiricliyinin pozulması problemi aradan qaldırılmırsa, hava isti olanda ağrılar azalır, soyuyanda isə artır. Zamanla sinir təchizatı pozulur deyə, həmin orqanlar geriləməyə başlayır. Cavanlarda çox bilinməsə də, yaşlılarda ağrılar daha da artır".

Z.Əliyev qeyd edib ki, xəstəliyin müalicəsi üçün ilk növbədə onurğadan çıxan sinir açılmalıdır: "Siniri açdıqdan sonra heç bir müalicə aparmasan belə, özünü 15-20 günə bərpa edir. Əgər problem vaxtında aradan qaldırılmasa, soyuq havalarda ağrılarla yanaşı, xəstənin vəziyyəti getdikcə pisləşir".

Fizioterapevt tez-tez reklam olunan kremlərin bu cür ağrılara təsirinə də münasibətini bildirib. O vurğulayıb ki, ağrıları krem sürtməklə sağaltmaq mümkün deyil: "Bəzən kremlər tərkibində olan müyyən vasitələrin köməyi ilə ağrıları müvəqqəti olaraq aradan qaldırır. Amma ağrıları müvəqqəti dayandırmaq məsləhət deyil. Ağrı faktoru varsa onurğa stununa güc vermək olmur. Müvəqqəti kəsilən ağrılar təkrar başlayanda daha şiddətli olur. Səbəb aradan qaldırılmayınca nəticəni müalicə etmək mümkün deyil. Yəni illərlə dərman içilsə, kremlər sürtülsə də faydasız olur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...