Kənd turizmi ilə məşğul olmaq istəyənlərin - Diqqətinə

Kənd turizmi ilə məşğul olmaq istəyənlərin -


Azərbaycanda kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatları sertifikasiyadan keçməli olacaqlar. Milli Məclisdən Axar.az-a verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub. Layihəyə görə, kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatının ən azı bir üzvü turizm sahəsi üzrə sertifikasiyadan keçməlidir.

Sertifikasiya “Ailə kəndli təsərrüfatları haqqında” qanunun tələbləri əsasında həyata keçiriləcək. Təsərrüfat subyektləri bunun üçün nəzarət orqanına yazılı müraciət etməlidirlər. Bildiriş daxil olduqdan sonra nəzarət orqanı ailə kəndli təsərrüfatının kənd-yaşıl turizmi ilə məşğul olmaq imkanlarını yoxlayacaq.

Xatırladaq ki, kənd-yaşıl turizmi kənd ərazilərində turistlərin yerləşdirilməsi, qidalanması, nəqliyyatı, istirahəti, eləcə də kənd ərazilərinin zəngin təbii, tarixi və mədəni dəyərləri ilə məlumatlandırma xidmətlərinin göstərilməsi ilə müşayiət olunan turizm növüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...