“Azəriqaz”ın qışa hazırlıq “nağıl”ı: təlabat artıb, qəza baş verir
Dekabrın 21-dən başlayaraq Nizami, Nəsimi, Nərimanov və Suraxanı rayonlarında qaz ya yoxdur, ya da çox aşağı təzyiqlə verilir.
Yaranan problemlə bağlı virtualaz.org saytına çoxsaylı müraciətlər daxil olub.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, yaranmış problemdən xəbərdardırlar. “Qazın verilməməsi ilə bağlı “Azəriqaz”ın “qaynar xətt” xidmətinə daxil olan şikayətlərə əsasən briqadalar yaradılıb. Briqadalar şikayət daxil olan ünvanlara göndərilib, hazırda təmir-bərpa işləri aparılır”, -İ.Kərbalayev deyib.
Qazın verilməməsi yanacağa tələbatın artması ilə əlaqələndirilir. İbrahim Kərbalayev bildirib ki, tələbat artdığından yeraltı borularda sızmalar olub və hazırda qəza baş verən ərazilərdə iş aparılır.
Qeyd edək ki, bu gündən Abşeron magistral qaz kəmərləri sahələsində də təmir işlərinə başlanılıb. Təmir müddətində Qaradağ rayonun bəzi qəsəbələrinə qaz verilməyəcək.
Onu da xatırladaq ki, sentyabrda “Azəriqaz” qışa tam hazır olduğunu acılamışdı.
927 dəfə oxundu