Daha iki bank valyuta alışını dayandırdı

Daha iki bank valyuta alışını dayandırdı

Azərbaycanda fəaliyyət göstərən banklardan daha ikisi xarici valyutanı almağı dayandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu gün “AFB bank” və "Atabank" dollar almaqdan imtina edib. Banklardan verilən məlumata əsasən, valyuta mübadiləsi əməliyyatları dayandırılıb. Artıq uzun müddətdir valyuta satmayan “AFB Bank” alışı da dayandırıb. Bu, bankın valyuta mübadiləsi lisensiysının ləğvi ilə bağlıdır.

"Atabank"dan isə bildiriblər ki, dolların alışı kassanın vəziyyətindən asılıdır. Xatırladaq ki, bundan əvvəl “Amrahbank” və “Dəmirbank” valyuta alışını dayandırmışdı. “Dəmirbank” sonradan əməliyyatları bərpa etsə də “Amrahbank”da problem qalmaqdadır. İndi bu bankdan valyuta almaq və ya satmaq üçün hesab açmaq lazımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...