Bahar Muradova: Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq

Bahar Muradova: Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq


"Azərbaycan tərəfinin münasibəti birmənalıdır və dəfələrlə ən müxtəlif səviyyələrdə bəyan olunub: Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək və heç zaman bir qarış torpağının ondan qoparılmasına razı olmayacaq". Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ona görə də Serj Sarkisyanın mesajları onun şirin yuxusu olaraq qalacaq: "Dünya da Azərbaycan ərazilərinin ondan qoparılmasına, Ermənistana birləşdirilməsinə və ya müstəqil olmasına icazə verməyəcək. Azərbaycan bu prinsiplərlə mübarizə aparır və Ermənistanla danışıqlarda məhz bu prinsiplərdən çıxış edir. Sarkisyan belə açıqlama verirsə, açıq şəkildə danışıqlardan çıxdığını bəyan etməlidir. Çünki danışıqlar məhz ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində gedir. Sarkisyanın söylədikləri danışıqların mahiyyətinə ziddir. Nəzərə alsaq ki, qarşıdan xarici işlər nazirlərinin görüşü gəlir və onlar da prezidentlərin növbəti görüşünü hazırlamaqla məşğul olacaqlar, bu cür açıqlama ilə Sarkisyan bəri başdan bu görüşdən imtina etdiyini bildirmiş olur”.

Qeyd edək ki, S.Sarkisyan Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağı ya müstəqil dövlət, ya da Ermənistana birləşmiş şəkildə görmək istədiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...