Azərbaycan ordusunun irimiqyaslı təlimləri - YENİ FOTOLAR

Azərbaycan ordusunun irimiqyaslı təlimləri -

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də cəlb olunub. Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nın idarə olunması yoxlanılıb.

Təlimlərin ilkin mərhələsində HDQ-nın tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib. Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, terror diversiya qrupu tərəfindən ələ keçirilmiş gəminin, helikopterdən endirilmiş xüsusi təyinatlılar tərəfindən azad edilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılmış birgə fəaliyyətlərin icrasından ibarətdir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...