"Poroşenko mənə baş nazir olmağı təklif edib" - Saakaşvili

"Poroşenko mənə baş nazir olmağı təklif edib" -


Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna lideri Pyotr Poroşenko ona baş nazir olmağı təklif edib.

AzVision.az xəbər verir ki, bu barədə Saakaşvili Rusiyanın “Korrespondent” nəşrinə müsahibəsində deyib.

“Poroşenko mənə açıq şəkildə baş nazir və onun partiyasının lideri olmağı təklif etmişdi. Baxın, mən baş nazir olsaydım, nə olacaqdı? Mən gərək kiminsə dalınca qaçırm və kiminsə mənim qanun layihəmə səs verməsini istəyərdim. Qonçarenko (Pyotr Poroşenko Blokunun deputatı-red) kimi deputatlardan Radada 400 dənə var və mən onlara qarşılığında heç nə vəd etməsəydim, onlar mənim qanun layihəmə səs verməzdilər”, - deyə Saakaşvili vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-də Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb. Saakaşvili Ukraynanın prezidenti Pyotr Poroşenkonu bölgədə cinayətkar dəstələri himayə etməkdə ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
695 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...