Ukraynada daha bir azərbaycanlı iş adamı təhdid altında

Ukraynada daha bir azərbaycanlı iş adamı təhdid altında


“Dnepr” klubunun yanında kommersiya strukturunun təsisçisi və keçmiş direktoru Firuz İbrahimov onun və ailəsinin fiziki cəhətdən yox edilməsindən ehtiyatlanır.

Modern.az xəbər verir ki, münaqişə barədə o və bacısı Afət, eləcə də vəkil “Dnepr-post” informasiya agentliyində keçirilən mətbuat konfransında açıqlama veriblər.

“Ölkənin, şəhərin və “Dnepr” klubunun ən çətin günlərində mən firma təsis etdim və futbolçulara fəal kömək edirdik. Mənə yalan danışmağa imkan verilməyəcək - bizim dəstəyimiz sayəsində sevimli komandamız ayaq üstə durdu və qalib gəlməyə başladı. Mən “Dnepr”in bir oyunun buraxmıram, komandaya azarkeşlik edirəm. Bu şəhər və bu komanda bizim üçün doğmadır”, - Firuz İbrahimov deyib.

Onun sözlərinə görə, onun təsisçisi olduğu firma zaman keçdikcə tikinti biznesi ilə də məşğul olub. O 2013-cü ildə Dneprdə yaşayış evi tikib.
“Bizim ailə üçün dəhşət elə buradan da başlayıb. Bina istifadəyə təhvil veriləndə mənzillərin satışına başlanmalı idi. Mənə şirkətə və binaya mülkiyyət hüququndan imtina etməyim təklif olundu.
Əvvəlcədən, tikinti gedən mərhələdə, mənə Azərbaycandan olan imkanlı biznesmen müraciət etdi. O, şirkətin təsisçiləri sırasına qoşulub maliyyə yardımı etmək istəyirdi. Biz Qulam Ələkbərovla şəriklər kimi 2009-cu ildən əməkdaşlığa başladıq. O əvvəlcə 10 faiz aldı, lakin özü həmtəsisçi olmadı, çirkətini Azərbaycana apardı. Sonradan təsisçilərin tərkibindən çıxdı, yerini vəkil etdiyi Bakıdan olan iş adamı tutdu”, - Firuz bildirib.

Biznesmenin söylədiyinə görə, həmyerlisinin təzyiqi ilə biznes üçün bütün hüququ müəyyən edən sənədləri həmin vəkil etdiyi şəxsin adına yazmalı olub.
“Məni hədələdilər, hədələdilər və həyat yoldaşımı və qızımı hədələməkdə davam edirlər. Elə həddə çatıb ki, Bakıda bacımı girov götürməyə cəhd ediblər”, - İbrahimov vurğulayıb.
Bakıdan Dneprə getməyə məcbur olan bacısı Afət söyləyib ki, ona zəng vurub narkorik alveri ilə mübarizə aparan şöbəyə gəlməyini və ifadə verməyini xahiş ediblər.
“Müstəntiq mənə birbaşa dedi: qardaşın həmin biznesmenə 100 min dollar verməyənə qədər səni buraxmayacağıq”, - Afət xatırladır.
Firuz özü isə söyləyib ki, bu ona və doğmalarına qarşı təmiz şantaj və təzyiqdir.
Məni biznesimdən imtinaya vadar edəndə, ailəm maliyyə çətinliyi çəkirdi. Mən Bakıdakı daşınmaz əmlkaımı satmağa məcbur oldum. Bacım satılan mənzil və bağ evinin pulun yolladı. Həmin məbləğin bir hissəsini verməyimi tələb etdilər. Nəyə görə? Nəyə əsasən?”, - Firuz həyəcanını gizlədə bilməyərək danışıb.

İş adamının vəkili Qasımov xəbər verib ki, müvəkkilinin biznesini, ailəsini, yaxınlarının həyat və sağlamlığının basqılardan müdafiəsi ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına məktub göndərib.
“Azərbaycanın Prezident Administrasiyasından cavab almışıq. Bizə müdafiə üçün Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etmək məsləhət görülüb. İndi bizim ümidimiz yalnız onlaradır. Bu işə məhkəmədə baxılacaq və kimin haqlı olub-olmadığı məhkəmə qaydasında da həll edsiləcək”, - vəkil bəyan edib.
Dneprdəki Azərbaycan icmasının nümayəndəsi Eldar Tağıyev isə Firuz İbrahimovu dəstəklədiyini bəyan edib: “Dneprdə onu bacarıqlı bir iş adamı kimi tanıyırlar. Məhkəmənin işinə qarışmadan biz Firuzu həmvətənimiz kimi dəstəkləyirik”.
“Bizim yoldaşın nüfuzu – bu, bizim icmanın nüfuzudur”, - Tağıyev əlavə edib.
Jurnalistlər münaqişədə adı hallanan tərəfin söylənilənlərə münasibətini öyrənməyə çalışsalar da, telefonları cavab verməyib. İstənilən halda, biz onlara öz mövqelərini bəyan etməyə imkan yaratmağa hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...