Masallı və Lerikdə sürüşmə - yaşayış evləri təhlükəli vəziyyətlə üzləşdi

Masallı və Lerikdə sürüşmə -


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası cənub bölgəsində sürüşmə sahələrində monitorinq aparıb. ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, cənub bölgəsi ekzogen-geoloji proseslərə məruz qalan ən aktiv ərazilərdən biridir.

Onun sözlərinə görə, Masallı rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunur. Ekspedisiya rəisi bildirib ki, Masallı-Zuvand yolunda yerləşən Güllütəpə kəndində vətəndaşlara verilən pay torpaqlarında sürüşmə baş verib: “Sürüşmənin uzunluğu 300-350 metr, eni 75-80 metr, qırılma qaşının hündürlüyü 4-5 metrdir. Sürüşmə artıq evə çatıb, bir ev təhlükəli vəziyyətlə üzləşib”.

Ə. Qaralov deyib ki, Lerik rayonunun Davradibi kəndində 2 yaşayış evində lokal sürüşmə-çökmə hadisəsi baş verib: “Hər iki evə təhlükə gözlənilir. Bundan başqa, Lerik rayonu Bürsülüm kəndinin cənub hissəsində uzunluğu 500-600 metr, eni 1 metrə, qırılma qaşı 0,5-dən 1,2 metr olan çat müşahidə olunur. Bundan 30-40 metr aralıda uzunluğu 150-200 metr, eni 40-50 metr, qırılma qaşı 0,8-1,6 metr olan sürüşmə sahəsi əmələ gəlib. Bu sürüşmə sahəsi yenidir. Sürüşmə aktiv fazadadır və hazırda davam edir”.

Ə. Qaralov onu da qeyd edib ki, Piran-Veri-Əliabad yolunun 12-14-18-ci km-də çox saylı çökmə və uçqunlar baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...