Türkiyədə ““WhatsApp” “YouTube” “Facebook” və “Twitter” BAĞLANDI

Türkiyədə ““WhatsApp” “YouTube” “Facebook” və “Twitter”


Türkiyənin senzura monitorinq qrupu “TurkeyBlocks” ölkədə “WhatsApp” messencerinin, “YouTube” videohostinqinin, eləcə də “Facebook” və “Twitter” sosial şəbəkələrinin blok edildiyi barədə məlumat yayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, girişin noyabrın 4-də yerli vaxtla saat 01:20-də blok edildiyi bildirilib.

Hüquq-mühafizəçiləri “Instagram” sosial şəbəkəsinə də girişin məhdudlaşdırıldığını bildiriblər.

“TurkeyBlocks”da blok edilməni PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının (HDP) bir neçə liderinin saxlanılması və bu partiyanın Ankarada yerləşən qərargahında aparılan axtarışlarla əlaqələndiriblər.
Qeyd edək ki, saxlanılanlar arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Fidan Yüksəkdağ da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...