`Onlar soyğunuçuluqla məşğuldur` - Xanım deputat
“Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldurlar”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqla insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə oynayırlar: “Bu, qanunazidd hərəkətlərdir. Bu cür “psixoloqlar” var. Bu əgər psixoloji mərkəzdirsə, psixoloji yardım göstərməlidir. Həmin yer mülaicə məsələlərinə aid olmalı deyil. Bəziləri “autizm, daun sindromu və s. bu kimi irsi xəstəliklər müalicə olunur” sözü altında fəaliyyət göstərir. Buna görə onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunuçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər”.
Daha sonra millət vəkili müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini təklif edib: “Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı”.
901 dəfə oxundu