“Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını dərk etmirəm”

“Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını dərk etmirəm”


Milli Məclisin deputatı Aqil Abbas şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının asılması təklifini irəli sürüb. Ümumiyyətlə, üçrəngli bayrağımızın şəhid məzarları üzərində dalğalanması hüquqi qaydalara uyğundurmu?

Gundeminfo.az yazır ki, Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə Modern.az-a açıqlamasında deyib ki, bu məsələ rəsmiləşdirilə bilər.

“Təklifi irəli sürən həmkarımız Aqil müəllim vətənpərvər insandır. Ola bilər ki, bu məsələyə onun baxışları fərqlidir. Əgər bu təklif parlamentdə səs çoxluğu ilə qəbul olunacaqsa, təbii ki, bunu rəsmiləşdirə bilərik”.

Hüquqşünasın sözlərinə görə bu təklif heç də anlaşılan deyil.
“Şəhidlik zirvəsinə yüksələn insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əslində, Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını hüquqşünas kimi dərk etmirəm. Eyni zamanda, Azərbaycan bayrağı şəhid məzarı üstündə bir yerdən asıla bilər və buna görə heç bir qadağa yoxdur. Sadəcə, “mütləq bu, qanuniləşməlidir” deməyi doğru hesab etmirəm”.

Deputat onu da bildirib ki, belə bir məsələni şəhid ailələrinin öhdəsinə buraxsaq daha yaxşı olar.
“Söhbət şəhid məzarlıqlarında bayraqların asılmasından və dövlət tərəfindən tənzimlənmədən gedirsə, belə hesab edirəm ki, bunu şəhid ailələrinin öz üzərinə buraxsaq daha yaxşı olar. Çünki burada əlavə xərcdən, əziyyətdən söhbət getmir. Onsuz da, şəhidlərin adları əbədiləşdirilir, təhsil aldıqları məktəbə adları verilir və sairə”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...