"Vergi bazası genişləndirilməlidir" - Cavid Qurbanov

"Vergi bazası genişləndirilməlidir" -


"Vergi bazası genişləndirilməli, dolğunlaşdırılmalı, yumşaldılmalıdır. Hər kəs öz qazancına nisbətən vergi ödəməlidir". "Report"un verdiyi xəbərə görə, bunu millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünki iclasında "Kredit büroları haqqında" qanun layihəsinin II oxunuş üçün müzakirəsi zamanı bildirib.

Deputat həmçinin insanların banklardan asılılığının azaldılması istiqamətində iş görülməli olduğunu deyib.
"Devalvasiyadan qorxmaq lazım deyil. İnsanların əmək haqqını, maddi rifahını yüksəltmək lazımdır. İdxaldan asılılığın azaldılması, ixracın artırılması siyasəti də məhz buna istiqamətlənib", - deyə C.Qurbanov qeyd edib.

Millət vəkili Vahid Əhmədov da çıxışında bank sisteminin sağlamlaşdırılmasının hələ başa çatmadığına diqqət çəkib. O, bankların bağlanmasının deyil, təmərküzləşməsinin tərəfdarı olduğunu deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə öz növbəsində bu təcrübənin uğursuz olduğunu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...