Ana ilə körpəsinin seldən xilas edildiyi anlar (VİDEO)

Ana ilə körpəsinin seldən xilas edildiyi anlar


77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Bakıda insanların təxliyyəsinə cəlb olunub.

ARB TV xəbər verir ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, Ordubadi küçəsində əhaliyə yardım edilib. Nazirlikdən verilən məlumata görə, fəsadların aradan qaldırılması üçün qurumun tərkibində olan müxtəlif strukturların canlı qüvvəsi və texnikası müxtəlif yerlərdə fəaliyyəti davam etdirir.


Xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Xilas edilənlər arasında ana ilə körpəsi də olub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...