"Maliyyəyə qənaət etmək lazımdır"- İlham Əliyev
“Neft istehsal edən ölkələrlə OPEK arasında neft hasilatı üzrə razılaşmaya nəzarət mexanizmi yaradılmalıdır”. AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib.
“OPEK və bu quruma üzv olamayan böyük ölkələr arasında vahid siyasət haqqında razılaşma neft bazarında sabitləşmənin əsas amilidir. Biz hadisələrin inkişafını belə görürük və artıq bu məsələyə doğru yaxınlaşma gedir. Güman edirəm ki, bu, baş verməlidir” - deyə prezident bildirib. Bununla yanaşı, İlham Əliyevin fikrincə, bütün tərəflərin maksimum dərəcədə səmimi, dürüst olması vacibdir və qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edən işlək mexanizmlər mövcud olmalıdır.
"Azərbaycanın 2017-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar müəyyənləşdirilib və biz neftin qiymətinin dəyişməsi zamanı risklə qarşılaşacağımızı gözləmirik"-deyən İlham Əliyev fikrini belə davam etdirib: “Bu il biz büdcəyə yenidən baxmaqla neftin qiymətini 25 dollar müəyyən etdik, lakin ili artımla başa vurduq. Növbəti il üçün qiyməti 40 dollar müəyyən etmişik. Düşünürəm ki, neftin qiyməti bundan aşağı düşməyəcək və prinsipcə, bu bizə əlavə problemlər yaratmayacaq. Yeganə məsələ odur ki, biz dövlət tərəfindən maliyyələşən investisiya layihələrini azaltmalı olduq”, - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, bu gün əsas məsələ ixracı diversifikasiya etmək, bazara rəqabətə davamlı məhsullarla çıxmaq və Azərbaycanın neftin qiymətinin azalması səbəbi ilə yaşadığı valyuta itkilərinin yerini doldurmaqdır: “Bəlkə də bu, müsbətə doğrudur. Çünki investisiya və tələb həddən atıq çox idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından çoxsaylı sifariş gəlir. Ona görə də neftin qiyməti ilə bağlı böhran bizi bir qədər sağlamlaşdırdı və göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır. Biz indi bunu edirik”.
İlham Əliyev bildirib ki, neft bazarı ümumilikdə qiymətin 60, hətta 70 dollar olacağına köklənib: “Bu, hər kəs üçün faydalı olar. Şirkətlərə investisiya imkanı verər, hasilatçı ölkələrə müxtəlif layihələr üçün maliyyə gəlirini təmin edər. İstehlakçılar isə nəticədə məhrum olduqları sifarişlərin təmin olunması ilə qazana bilərlər”.
895 dəfə oxundu