Dövlət Neft Fondu məzənnə fərqindən 2,5 milyard manatdan çox vəsait qazanıb

Dövlət Neft Fondu məzənnə fərqindən 2,5 milyard manatdan çox vəsait qazanıb


Oktyabrın 1-ə Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivləri ilin əvvəli ilə (33,57 milyard dollar) müqayisədə 6,7 faiz artaraq 35,82 milyard dollar olub.

Trend-in məlumatına görə, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, SOFAZ-ın gəlirləri doqquz ay ərzində 6,62 milyard manat, xərcləri isə 3,82 milyard manat təşkil edib: "SOFAZ-ın yanvar-sentyabr aylarının yekunları üzrə məzənnə fərqindən gəlirləri 1,61 milyard manat təşkil edib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...