"Beynəlxalq Sığorta Şirkəti"nin fəaliyyətinə xitam verilə bilər

"Beynəlxalq Sığorta Şirkəti"nin fəaliyyətinə xitam verilə bilər

Oktyabrın 12-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur.

Xatırladaq ki, BSŞ bu ilin əvvəlindən başlayaraq Gəncə, Sumqayıt və Şəkidəki filiallarını bağlayıb. Bir qədər əvvəl isə Şirkət "Xətai" metro stansiyasının yaxınlığında yerləşən İddialar Departamentini baş ofisinə köçürülüb. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...